Azərbaycanlı qız gözəl olduğuna görə öldürüldü - Kazanda


17:18     10 Sentyabr 2018 18_09_10_1536571467.jpg


Azərbaycanlı qız gözəl olduğuna görə öldürülüb.

Femida.az Milli.Az-a istinadən xəbər verir ki, Tatarstanda milli qvardiyada xidmət edən 28 yaşlı əsgər 21 yaşlı sevgilisi Elnarə Qaraxanovanı qısqandığına görə eyvandan atıb.

Qızı əvvəlcə vəhşicəsinə döyən Marat Saxapov hadisəni törədən zaman içkili olub. Marat Elnarənin üzünü tanınmaz hala saldıqdan sonra onu 18 metr hündürlükdən atıb. Elnarə hadisə yerindəcə keçinib.

"Balamın üzündən öpüb "sağol" deməyə imkanım olmadı", - Elnarənin anası məhkəmədə fəryad edib.

Marat Saxapov məhkəməyə gələndə üzünə maska taxıb. O, əvvəl cinayəti boynundan atmağa çalışsa da, sonra təsdiqləyib.

Marat sevgilisini qəşəng olduğuna görə qısqanıb və başqa sevgili tapacağını düşünərək öldürüb.







Femida.az

Açar sözlər: #Kazan   #Rusiya   #kriminal  

Oxunub: 2006