Meydan TV-nin Azərbaycan xalqına növbəti xəyanəti - FOTOFAKT

Meydan TV-nin Azərbaycan xalqına növbəti xəyanəti - FOTOFAKT

20:28     10 Sentyabr 2018 2018/09/meydan-tv_1536582540.jpg

Meydan TV hər zaman olduğu kimi bu dəfə də Azərbaycan Respublikasının ərazi bütövlüyünü,müstəqilliyi şübhə altına alan paylaşımı ilə diqqətə çəkib.



Femida.az xəbər verir ki, Meydan TV-nin rəsmi feysbuk səhifəsində “Səni deyirlər” mahnısı ilə bağlı paylaşılan məqalədə böyük yalnışlığa və təxribata yol verilib. “Azərbaycanlılar İrandakı soydaşlarını dəstəkləmək üçün rəqs edirlər” başlıqlı yazıda tarixi Azərbaycan torpaqları “Şimali İran” başlığı ilə yayımlanıb. Bu əslində Azərbaycan torpaqlarının təhrif edilməsi və Azərbaycan Respublikasının müstəqilliyini şübhə altına almaq məqsədi daşıyır.Saytın yayımladığı yazıdan belə məntiqi nəticə alınır ki, Azərbaycan Respublikasının ərazisi də İran ərazisidir.



Yazıda daha sonra “Hökumət özü üçün səssizliyini qoruyur. Tehran Azərbaycan separatizminin hər hansı bir təzahürünə qarşı son dərəcə həssasdır və rəsmi Bakı İran hökuməti ilə qarşıdurmadan qaçmaq üçün səy göstərərək, İran azərbaycanlılarının məsələsinə geniş yer ayırır”, cümləsi yer alıb. Bu əslində Azərbaycan Respublikasına qarşı böhtandır. Rəsmi Bakı bu günə qədər İrana qarşı hansı separatizm siyasəti yürüdüb? Meydan TV rəhbərliyi deyəsən orta məktəbdə Tarix və Coğrafiya dərsləri keçməyib.Yoxsa, Təbriz,Urmiya,Ərdəbil və digər şəhərlərin tarixi Azərbaycan torpaqları olduğunu və orada yaşayan Azərbaycan türklərinin haqqına belə qansızlıqla girməzdi.

Meydan TV-nin yayımladığı məqalədə daha sonra "Kampaniya İran əhalisinin təxminən dörddə birini təşkil edən etnik azərbaycanlılar arasında başladıldı... İran əhalisinin təxminən dörddə biri..." cümlələri qeyd olunur. Bununla sayt əməkdaşı nə demək istəyir?





Meydan TV-nin rəhbərliyinin yadına salmaq istərdim ki, 2012-ci ildə İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyədə səfəri zamanı belə bir ifadə işlətmişdi: "İranlıların 40 faizi türkcə danışır...” Bu o deməkdir ki, Meydan TV-nin dediyi kimi türklər İran əhalisinin heç də dörddə birini təşkil etmir.
BMT-nin rəsmi açıqladığı məlumata əsasən İrandakı soydaşlarımızın sayı 30 milyondan artıqdır. Bəs belə olan halda Meydan TV-nin məqsədi nədir? Adını müxalifət televiziyası qoyan Meydan TV Azərbaycan xalqına qarşı düşmənçiliyi kimdən alır?

Meydan TV-nin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi bu xəyanət sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılığa və etiraza səbəb olub.Meydan TV-nin rəsmi feysbuk səhifəsində qeyd olunan xəbərin alt hissəsində yazılan şərhlərin böyük hissəsində onların Azərbaycana xəyanət etdiyi və dərhal üzr istəmələri tələb olunur.Meydan TV-nin üzr istəyib,istəmədiyi hələlik məlum deyil. Açığı Qərb dairələrinin maliyyəsi ilə fəaliyyət göstərən xainlər yuvasının üzr istəyəcəyi real görünmür.

Sonda yazını sosial şəbəkə istifadəçisinin Meydan TV-nin ünvanına yazdığı bu cümlə ilə bitirmək istəyirəm: “Şəxsiyyətini , şərəfini pula satan əxlaqsızlar.Azərbaycan boyda daş düşsün başınıza...”


Miri Məcidli
Femida.az

Açar sözlər: #Meydan_tv   #Xəyanət   #İran   #Azərbaycan   #Təbriz   #Cənubi_Azərbaycan  

Oxunub: 1609