Türkiyə vətəndaşı Ağdaşda komaya düşüb öldü


20:34     10 Sentyabr 2018 tecili_2747656766.jpg

Ağdaş rayonunda Türkiyə vətəndaşı ölüb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki kirayə evlərdən birində baş verib.

1954-cü il təvəllüdlü Dürser Mehmet Bülent Nurəddin oğlu sentyabrın 9-da kirayə yaşadığı evdə şəkərli diabet xəstəliyindən halı pisləşib və komaya düşüb.

Komatoz vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə vətəndaşı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 222