Ana ölümlərinə görə 8 həkim işdən çıxarılıb


21:50     10 Sentyabr 2018 hekim_348686787.jpg

Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mamagenikoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatria İnstitunun rəhbərliyi və.s səlahiyyətli şəxslər iştirak edirib.

Respublikanın Baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib. Bildirib ki, Respublikada baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.

Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa geniş miqyaslı tədbirlər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb.

8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestezioloji qüsur olub. Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilmiş: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülmuş və təkmilləşmə kurslarına göndərilib.

Respublikamızda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq beynəlxalq standartalara müvafiq həyata keçirilir. Belə ki, Respublikamızda antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və MRX nəzdində qadın məsləhətxanalarında, feldşer mama məntəqələrində, kənd sahə xəstəxanasında, kənd həkim ambulatoryasında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdində mama-ginekoloji kabinetlərdə göstərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 297