Tbilisidə etiraz aksiyası keçirilir


03:19     11 Sentyabr 2018 2018/09/BDB68D72-5C31-4C20-BFAB-1265225BCCB8_1536607388.jpeg

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası keçirilir.

Femida.az xəbər verir ki, parlamentin binası önündə başlayan aksiyanın təşkilatçısı 2017-ci ildə qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidzedir.

Övladının qətlinin düzgün araşdırılmadığını deyən Z. Saralidze aclıq aksiyasına başladığını elan edib.

Etirazlara onunla yanaşı öldürülən digər yeniyetmənin valideynləri və Pankisidə keçirilmiş xüsusi əməliyyat zamanı həlak olan Temerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub.

Xatırladaq ki, ötən ilin dekabrında 2 məktəblinin bıçaqlanaraq öldürülməsinə görə Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib və günlərlə davam edib. Aksiyaların təşəbbüskarı Zaza Saralidze olub. O, iddia edib ki, 51 nömrəli məktəbin yuxarı sinif şagirdləri arasında baş verən kütləvi davada oğlunu polisin tutduğu şəxslər yox, məhz prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları çoxsaylı bıçaq zərbəsilə öldürüblər. Məlum hadisə Gürcüstanda böyük əks-səda yaradıb.

Femida.az

Açar sözlər:

Oxunub: 177