27 yaşlı oğlan 46 yaşlı qadını zorlamaq istədi - Qadın özünü binadan atdı


15:40     11 Sentyabr 2018 18_09_11_1536651801.jpg


Bakıda xoşagəlməz hadisə baş verib.

Femida.az media.az-a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmamaq üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: kriminal  

Oxunub: 728