Peskov Putinlə bağlı planlarından danışıb


23:28     07 Oktyabr 2015 a32d99d7-ea2e-431b-be40-b1553edf7fdd.jpg

Rusiya prezidenti Vladimir Putin ad gününü çox güman ki, əvvəl Gecə Xokkey Liqasından olan həmkarları, sonra isə ailəsi və dostları ilə birlikdə qeyd edəcək.


Femida.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar xokkey matçından sonra oyunçularla birgə sadə qaydada bu günü qeyd edəcəklər. Axşama gəldikdə isə mən dəqiq deyə bilmərəm. Bu, artıq, necə deyərlər, şəxsi məkan və zamandır. Çox güman ki, orada ailəsi və dostları olacaq", - Peskov deyib.

Mətbuat katibi oktyabrın 6-da bildirib ki, prezident ad günündə Soçidə buz meydançasına çıxacaq: "Putin ənənəvi olaraq oynadığı köhnə dostları olan veteran oyunçularla, eləcə də sabah mövsümü başlayan Gecə Xokkey Liqası üzvləri ilə xokkey oynayacaq".

Oktyabrın 7-də Rusiya prezidentinin 63 yaşı tamam olur.
2014-cü ildə Putin öz ad günündə istirahət günü götürüb bu günü Sibirdə, tayqada keçirmişdi.

Açar sözlər:

Oxunub: 804