Meşədə narkotik əkən şəxs saxlanıldı


17:12     11 Sentyabr 2018 cetene_kolu_0018.jpg

Qax rayonu ərazisində çətənə kolları və marixuana aşkar edilərək götürülüb.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Bəhruz Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu, habelə 302,27 qram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 259