Erməni nazir Məmmədyarovla görüşünü təsdiqlədi


18:20     11 Sentyabr 2018 2018/09/16416-1536661123_1536661312.jpg

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yaxın gələcəkdə növbəti təkbətək görüşün keçirilməsi mümkündür.

Femida.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin “azərbaycanlı həmkarınızla yaxın gələcəkdə görüş keçirəcəksinizmi?” sualını cavablandırarkən deyib.

“Rəsmi İrəvan münaqişənin nizamlanması üçün danışıqları davam etdirməyin tərəfdarı olduğunu və danışıqlar prosesində iştirak edəcəyini bəyan edib. Artıq azərbaycanlı həmkarımla bir görüşümüz baş tutub. Tezliklə növbəti görüş keçiriləcək. Görüşün vaxtı razılaşdırılmış müddətdə bəyan ediləcək. ”, – deyə Mnatsakanyan bildirib.

Xatırladaq ki, Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasındakı ilk görüş iyulun 11-də Brüsseldə baş tutub. 4 saata yaxın davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövcud danışıqlar formatının davam etdirilməsinə dair razılıq əldə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 253