10 gündə 33 yol qəzası: 15 ölü, 46 yaralı


18:25     11 Sentyabr 2018 qeza_yeni.jpg

Sentyabr ayının 10 günündə respublikanın avtomobil yollarında 33 yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 15 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, avqust ayında respublikanın avtomobil yollarında 134 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 67 nəfər ölüb, 241 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 171