Sentyabrın 17-də məktəblərdə “Bilik günü” qeyd edilməyəcək - SƏBƏBİ
18:30 11 Sentyabr 2018
Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Femida.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sentyabrın 17-də məktəblərdə “Bilik Günü” qeyd edilməməlidir.
Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.
C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.
C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.
Femida.az
Oxunub: 314
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb