“65 nəfərə balıq ovu etməyə icazə verilib”


23:40     11 Sentyabr 2018 18_09_11_1536678831.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında brokonyerlərə şərait yaradılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.


Bu barədə Femida.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, sözügedən ərazi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun xidməti ərazisinə aiddir: ““Balıqçılıq haqqında” normativ hüquqi aktlara uyğun olaraq 01 yanvar-01 may, 01 sentyabr-31dekabr 2018-ci il müddətində departament tərəfindən həmin akvatoriyada nərəkimilər və “Qırmızı kitaba” daxil olan balıq növləri istisna olmaqla, sənaye balıq ovuna icazə verilir. Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında 2018-ci il ərzində 1 hüquqi və 65 fiziki şəxsə “balıqovlama bileti” ilə sənaye balıq ovu ilə məşğul olmağa icazə verilib.

Qeyd edək ki, 2018-ci ilin 8 ayı ərzində departamentin əməkdaşları tərəfindən ərazidə icazəsiz 18 balıq ovu faktı aşkar edilib, qanun pozucularından 1 “bayda” (taxta materialdan kustar üsulla hazırlanmış üzmə vasitəsi), 9 digər üzən vasitə, 933 ov aləti və müxtəlif balıq növləri götürülüb. 14 nəfər qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. İcazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir”.

Açar sözlər:

Oxunub: 318


Oxşar xəbərlər