Düşmən iriçaplı pulemyotlardan atır - CƏBHƏDƏ GƏRGİN GECƏ
13:48 12 Sentyabr 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Şıxlar, Şirvanlı, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Atəşkəs ara-sıra açılan atəşlə pozulub
- Cəbhədə GƏRGİNLİK - Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi vurdu
- Cəbhədə gərginlik - Düşmən təxribata əl atdı
- Zakir Həsənov düşmənin mövqelərini izlədi - VİDEO
- Cəbhədən YENİ XƏBƏR: kəndlərimiz atəşə tutuldu
- Cəbhədə GƏRGİNLİK - Düşmən pulemyotları susmadı
- Yüksəkliklər atəşə tutuldu - CƏBHƏDƏ GƏRGİNLİK DAVAM EDİR
- Cəbhədə gərgin gecə - Mövqelərimiz atəşə tutulub