"VAZ" beton maneəyə çırpılıb - Sürücü xəsarət alıb


14:07     12 Sentyabr 2018 qeza_yeni.jpg

Xaçmaz rayonunda yol qəzası baş verib.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Femida.az

Açar sözlər:

Oxunub: 118