ABŞ- da dəhşətli qəza


04:41     14 May 2015 photo_16771.jpg


Ölənlərin sayı artmaqdadır


Femida.az APA-ya istinadən xəbər verir ki, ABŞ-da Vaşinqton-Nyu-York sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Qəza zamanı qatarda 240 sərnişinin olduğu bildirilir.

ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli bürosunun mütəxəssisləri qəzanın başvermə səbəblərini araşdırırlar.

Qeyd edək ki, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında baş verib.

Açar sözlər:

Oxunub: 710