Deputatlığa namizəd həbs olundu


00:35     08 Oktyabr 2015 1438957496_5-4.jpg

Türkiyənin Mersin şəhərində keçirilən anti-terror əməliyyatı zamanı kürdlərə yaxınlığı ilə tanınan Xalqların Demokratik Partiyasından (HDP) Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilliyinə namizədi İkram Vuran saxlanılıb.


Femida.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı millət vəkilliyinə namizədlə yanaşı, daha 8 nəfər də tutulub.

Türkiyənin Terrorla Mübarizə İdarəsi saxlanılan şəxslər barəsində qərar çıxarıb. Onlar terror təşkilatlarına dəstək verməkdə, təxribat yaratmaqda və PKK-nın təbliğatını aparmaqda günahkar bilinir.

Açar sözlər:

Oxunub: 1331