Putin: “Rusiya Xəzərdən İŞİD-i bombalayıb“


22:21     07 Oktyabr 2015 putinn.PNG

Rusiyanın hərbi döyüş gəmiləri Xəzər dənizi akvatoriyasından Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib.


Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib.

"Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib./report/

Açar sözlər:

Oxunub: 741