Əlavə buraxılış imtahanının nəticələri AÇIQLANDI


20:51     12 Sentyabr 2018 18_09_12_1536756724.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə buraxılış imtahanının nəticələrini açıqlayıb.

Mərkəzin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər.

Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 13 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək (keçmiş Bakı Asiya Universitetinin binası).

Femida.az

Açar sözlər: #DİM   #imtahan   #təhsil   #tələbə   #abituriyent  

Oxunub: 210