Baş katib: Qarabağ münaqişəsinin həlli tərəflərinin siyasi iradəsindən asılıdır


22:44     12 Sentyabr 2018 18_09_12_1536757344.jpg


"Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik".

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər:

"Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır:

"Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir: “Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.

Femida.az

Açar sözlər:

Oxunub: 231