“Qarabağ”ın oyunu üçün stadion dəyişdirildi
21:14 12 Sentyabr 2018
Topaz Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib.
Femida.az xəbər verir ki, “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la görüşün təbii örütüklü “Azersun Arena”da keçirilməsini xahiş edib. “Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı dəyişikliklər həyata keçirib:
Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Qarabağ” matçı 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilsin.
IV turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilsin.
Oxunub: 244
Oxşar xəbərlər
- UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri ilə bağlı qərarını açıqlayıb
- “Qarabağ”ın sabiq futbolçusu danışılmış oyunlara görə cəzalanıb
- Türkiyəli yazar “Qarabağ”ın oyunundakı təxribatdan yazdı
- “Qarabağ”ın oyunu zamanı daha bir insident olub - FOTOLAR
- Lüksemburqdakı səfirimizə tapşırıq verildi - “Qarabağ”ın oyunundakı təxribata görə
- “Qarabağ”ın oyununa 10 min bilet satılıb
- Rövnəq Abdullayev: “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir"
- “Qarabağ”ın Avroliqadakı rəqibləri məlum oldu
- “Qarabağ”ın oyununa 13 min bilet satılıb
- “Qarabağ”ın futbolçusu Pelenin fəxri prezidenti olduğu kluba keçir