Evində yanıb öldü - Ağsuda dəhşət


13:20     13 Sentyabr 2018 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Ağsu rayonunda ev yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər: #yanğın  

Oxunub: 150