BNA-dan sürücülər üçün maarifləndirici VİDEO


14:23     13 Sentyabr 2018 bna5.jpg


Bakı Nəqliyyat Agentliyi sürücülərin maarifləndirilməsi üçün maraqlı fleşmob hazırlayıb. Bu barədə Femida.az-a qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mais Ağayev məlumat verib:

"Bakı Nəqliyyat Agentliyinin kollektivi olaraq hazırladığımız fləşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirmişik. Nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə, eləcə də qadağan edilən digər yerlərdə park etməyərək digərlərinə nümunə olduğumuzu bildiririk.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir.

Məhz hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik!

Açar sözlər: #BNA   #video   #yol   #sürücü  

Oxunub: 322