Neftçalada 3 ərəb silahla saxlanıldı - RƏSMİ


14:55     13 Sentyabr 2018 2018/09/ovcu_0041_1536821821.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Açar sözlər: #ərəb   #həbs  

Oxunub: 197