Polisin daha bir uğurlu əməliyyatı - 40 şübhəli şəxs TUTULDU


16:16     13 Sentyabr 2018 1356524159_polis1_922155415.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 217