Ukraynada Saakaşviliyə vəzifə verildi


05:06     14 May 2015 1579613.jpg

O, islahatlar üzrə məsləhətçi şuranın rəhbəri təyin edilib

Ukrayna prezidenti Pyotr Poroşenko mayın 13-də islahatlar üzrə məsləhətçi şuranın fərdi tərkibini təsdiqləyib. Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şuranın rəhbəri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunub.

Bundan əlavə, islahatlar şurasının üzvlərindən biri də ABŞ Senatının silahlı qüvvələr məsələləri üzrə komitəsinin rəhbəri Con Makkeyndir.

Məlumat üçün bildirək ki, Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.Hazırki ölkə rəhbərliyi tərəfindən bir sıra cinayətlər üzrə təqsirli bilinir. Ona qarşı cinayət məcəlləsinin 4 maddəsi üzrə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 537