Ramiz Mehdiyevin kitabı Livanda nəşr edildi
16:53 13 Sentyabr 2018
Bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib.
AMEA-nın Fəlsəfə İnstitutundan Kult.azFemida.az-a verilən məlumata görə, kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi tərcümə edib.
Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.
Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.
Femida.az
Oxunub: 357
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- Ramiz Mehdiyev istefa verib
- Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- Ramiz Göyüşov YAP-dan çıxarılıb
- Ramiz Əzizbəyli vəfat edib
- Ramiz Məmmədov vəfat edib
- Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi - Səfir təyin edildi
- Ramiz Məmmədov sabah dəfn ediləcək
- Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib