Həyətində narkotik əkən şəxslər saxlanılıb


17:07     13 Sentyabr 2018 cetene_kolu_0018.jpg

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini Mirmehdi Damətova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Eyni zamanda Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbə sakini Rahim Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 204