Xaçaturov KTMT-dəki postunu tərk edir


17:18     13 Sentyabr 2018 18_09_13_1536830369.jpg

Yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov postunu tərk edəcək.

“KTMT-nin bütün digər üzv dövlətlərinin prezidentləri Xaçaturovun bu təşkilatda tutduğu postdan geri çağırılması barədə Ermənistan rəhbərliyinin tələbinə razılıq veriblər. Amma aydındır ki, həmin vəzifəyə İrəavanın başqa bir namizəd irəli sürməsinə icazə verilməyəcək. Çox ehtimal ki, KTMT-nin yeni baş katibi Belarus təmsilçisi olacaq. Çünki rotasiya qaydalarına uyğun olaraq məhz Belarus namizəd təklif edə bilər”, – deyə qəzet yazıb.

Qeyd olunub ki, İrəvanın bu istəyinə üz dövlətlərin razılığı təşkilatın nüfuzunun daha da zədələnməsinin qarşısını almaq məqsədi daşıyıb. Belə davranışla Ermənistanın yeni rəhbərliyi müttəfiq dövlətlərin etimadına zərbə vurub. Gələcəkdə bu zərbə İrəvanın özünə qarşı yönələ bilər.

Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. / azvision.az

Femida.az

Açar sözlər:

Oxunub: 352