Meşədə narkotik plantasiyası aşkalandı


19:29     13 Sentyabr 2018 cetene_kolu_0018.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 438