Bakıda faciə - 16 yaşlı oğlan balkondan yıxılıb öldü


22:43     13 Sentyabr 2018 fehle-yixildi.jpg

Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 303