Adam döyüb pul tələb etdi, tutuldu


21:33     13 Sentyabr 2018 dava8.jpg

Şamaxı şəhərində vətəndaşı döyərək ondan külli miqdarda pul tələb edən şəxs saxlanılıb.


Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Şahbazov Dünyamalı Şahmurad oğlu şəxsiyyəti məlum olmayan Əziz və Elçin adlı şəxlərlə birləşərək Şamaxı rayonunun Şəhriyar qəsəbəsi sakini Nübari Nazir Nübarəli oğlunun yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər. Həmin şəxslər orada N.Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində D.Şahbazov şübhəli şəxs qismində tutulub, digər şəxslərin isə axtarışlarına başlanılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 391