Şirvan sakinini qonşusu bıçaqladı


03:05     14 Sentyabr 2018 bicaq_787.jpg

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, Şirvan sakini, 1988-ci il təvəllüdlü Dadaşov Surxay Seyudağa oğlu qonşusu tərəfindən bıçaqlanıb. S.Dadaşov arxa tərəfdən və qoltuğunun altından kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdilib.

Məlumata görə, qonşular arasında münaqişəyə torpaq mübahisəsi səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 223