Masallıda yanğın olub


02:56     08 Oktyabr 2015 azvisionyangin068.jpg

Masallıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Tatyanoba kəndində vətəndaşa məxsus həyətyanı sahəsində bir dam altında tikilmiş dəmir konstruksiyalardan ibarət, hal-hazırda fəaliyyət göstərməyən mebel sexinin yanar konstruksiyaları 390 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan anbarın yanar konstruksiyaları və ümumi sahəsi 200 kv.m olan təsərrüfat otağının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı yaşayış evi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 757