Dağıstanda əməliyyat - Terrorçu zərəsizləşdirilib


11:14     17 Sentyabr 2018 dagistan.jpg

Rusiya xüsusi xidmət orqanları əməkdaşları Dağıstanın Xasavyurt rayonunda atışma nəticəsində terrorçunu məhv edib.

Femida.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə mənbə məlumat verib.

Məlumata əsasən, insident ötən gecə Xasavyurt rayonunun Çonatul yaşayış məntəqəsində baş verib.

Hüquq-mühafizə oraqanları şübhəli avtomobili sənədlərin yoxlanması üçün saxladığı zamanı avtomobildən atəş açılıb.

Hücum edən şəxsin öldürlüdüyü avtomobilin isə yandığı qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2023