Məleykə Abbaszadə İmişli sakinlərini qəbul edəcək


15:41     14 Sentyabr 2018 meleyke%20esedov.jpg

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İmişli rayonunda vətəndaşları qəbul edəcək.



Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19. Əlaqə tel.: (02121) 5-15-23).

Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

DİM-in mətbuat xidməti

Tеl: (+99 412) 502-47-53 (dax. - 142)

E-mail: [email protected]; http://dim.gov.az

Femida.az

Açar sözlər:

Oxunub: 447