Qatar 20 dəqiqə tuneldə qaldı - Bakı metrosunda


16:12     14 Sentyabr 2018 trend_metro_train_080615_003.jpg

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

Onun sözlərinə görə, ləngimə, təxminən, 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 281