Dini Komitə: İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin yoxdur
17:38 14 Sentyabr 2018
İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: "Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-icmək süfrələri təşkil edilir. Əslində bunlar ölmüş adam üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib".
Femida.az
Oxunub: 291
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"