“Türk Ulduzları” yenidən Bakıya gəlir - FOTOLAR+VİDEO


19:17     14 Sentyabr 2018 18_09_14_1536923915.jpg


Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupu sabah Bakıda nümunəvi uçuşlar edəcək.

Femida.az-ın AzVision.az-s istinadən məlumatına görə, aviasiya qrupunun F-5 tipli təyyarələri 15 sentyabr - Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edəcək.

Paytaxtın “Azadlıq” meydanı və Bakı buxtası üzərində nümunəvi uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, “Türk Ulduzları” aviasiya qrupu bundan əvvəl iyun ayının 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradda iştirak edib.



Femida.az

Açar sözlər: #Türkiyə   #ulduz  

Oxunub: 981