Lənkəranda xeyriyyə aksiyasi keçirildi


09:22     08 Oktyabr 2015 siaphoto_503822.jpg

Oktyabrın 7-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının (MQB) Lənkəran bölməsinin kollektivi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanasının binasında könüllü qanvermə aksiyası keçirib.


Femida.az-ın məlumatına görə, aksiyada Lənkəranın idarə, müəssisə və təşkilatlarının, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin 300 nəfərə yaxın nümayəndəsi fəal iştirak ediblər.

Aksiyada toplanmış qan Mərkəzi Qan Bankında müayinə olunduqdan sonra talassemiya, hemofiliyalı və qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcəkdir.

Açar sözlər:

Oxunub: 726