Dövlət Fitosanitar Xidmətindən fermerlərə - Xəbərdarlıq
20:53 14 Sentyabr 2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, cari ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.
Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.
Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.
Əks təqdirdə vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.
Femida.az
Oxunub: 243
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib