Ərdoğan Mərkəzi Bankın qərarını tənqid etdi
22:33 14 Sentyabr 2018
Türkiyə vətəndaşları və investorları Türkiyə lirəsinə etibar etməlidir.
Femida.az məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyədə özəl sektor lirə ilə möhtəkirliyə qarşı fəal mübarizə aparmalıdır:
"Özəl sahibkarlar istehsalı artırmalıdır, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək".
R.T.Ərdoğan bildirib ki, 2019-ci ildə Türkiyə milli valyuta ilə bağlı problemi tam həll edəcək.
O əlavə edib ki, daşınmaz əmlak satışı və kirayəsi üzrə hesablaşmaları milli valyutaya keçirmək qərarı da iqtisadiyyata müsbət təsir göstərəcək.
Bundan başqa, Türkiyə prezidenti Mərkəzi Bankın faiz dərəcəsini yüksəltmək qərarını da kəskin tənqid edib.
Femida.az
Oxunub: 312
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib
- Ərdoğan Azərbaycana səfər edəcək
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğan və Putin telefonla danışıblar