"Müharibə olsa, ABŞ uduzacaq" – İranlı general


23:34     14 Sentyabr 2018 18_09_14_1536939304.jpg

“Vaşinqton çox yaxşı bilir ki, İrana qarşı istənilən müharibədə məğlub olacaq”
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-leytenant Hüseyn Səlami belə bir bəyanatla çıxış edib.

İran generalının sözlərinə görə, Vaşinqtonun Tehrana qarşı müharibə ehtimalı azdır, çünki müharibə üçün ABŞ-ın nə siyasi əsası, nə də müttəfiqləri var. Həmçinin, Amerika iqtisadiyyatı bu cür müharibəyə tab gətirməyəcək. Bu səbəbdən də, Vaşinqton İrana qarşı istənilən müharibədə uduzacağını yaxşı dərk edir.

Bununla belə, general Səlami vurğulayıb ki, Tehranda ABŞ-ın hərbi davranışları diqqətlə izlənilir və İrana qarşı hansısa formada aqressiya nümayişi cavabsız qalmayacaq.

Açar sözlər:

Oxunub: 694