Dəhşətli qəzada ölən və yaralananların adları - SİYAHI (YENİLƏNİB)


03:43     08 Oktyabr 2015 1cb3119290d1eaec3f55ce6219da4fdf.jpg

Göygöldə baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.


APA-nın məlumatına görə bu gün saat 21 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Göygöl rayon Hacıməlik qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəmşəddin Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun istiqamətlərini ayıran dəmir məhəccərə çırpıb. Qəza zamanı sürücü və sərnişin 1966-cı il təvəllüdlü Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünü FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.

Digər 3 sərnişin, 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Arzu Verdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan R. Məmmədovun vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə orta ağırdır. Məlumata görə avtomobildə olanlar toy şənliyindən qayıdırlarmış.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

Bakı-Qazax magistralının Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

Femida.az xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hələlik onların kimliyi məlum deyil.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədi çıxarmaq üçün əraziyə FHN-in xilasetmə dəstəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1022