Taxıl sahələrini yandıran şəxs saxlanılıb
00:59 15 Sentyabr 2018
Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.
Daxili İşlər Nazirliyindən Femida.az - a verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.
Oxunub: 607
Oxşar xəbərlər
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya vasitəsilə marşrutlar yaradıb
- Baş Qərargah: "Rusiya hərbçiləri kəndlilərin 60 ton taxılını oğurlayıb"
- Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub
- Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxılıb
- Məhkəmə Bakıda şirkət rəhbərinə elektron qolbağın taxılması barədə hökm çıxarıb
- Rüşvət alan həkimə elektron qolbaq taxılacaq - MƏHKƏMƏ
- Məhkəmə sabiq məktəb direktoruna elektron qolbağın taxılması barədə hökm çıxarıb