Orta məktəblərdə dərslik çatışmır? - Rəsmi cavab
01:47 15 Sentyabr 2018
Təhsil Nazirliyi bu il orta məktəblərdə dərslik çatışmazlığının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirıikdən bildirilib ki, bütün ümumi təhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb.
Məlumatda həmçinin deyilir ki, dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KIV-lərdə və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərsliklərini əldə etmələri barədə müraciətlər edilir: "Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunmuş olar. Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon/şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərslik hesabına həll edə bilməyəndə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir".
Qeyd edilir ki, yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb. (Trend)
Femida.az
Oxunub: 211
Oxşar xəbərlər
- Orta məktəb müəllimi koronavirusdan vəfat edib
- Orta məktəbdən oğurluq edildi
- Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu
- Orta aylıq əməkhaqqı artıb - Naxçıvanda
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta yaşlı qadını avtomobil vuraraq öldürüb
- Orta aylıq əməkhaqqı 819 manat oldu - Bakıda
- Orta yaşlı kişini avtomobil vurub
- Orta yaşlı kişi toyda öldü