Oğurluğa görə tutuldular, başqa cinayətləri üzə çıxdı
14:24 15 Sentyabr 2018
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, R.Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq RPŞ-yə gətirilmişdir. Müəyyən edilmişdir ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Femida.az
Oxunub: 802
Oxşar xəbərlər
- Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb
- Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun təməli qoyulub
- Azərbaycanda qurbanlıq qoyunlar onlayn satılacaq
- Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi
- Ağdamda qoyun otaran şəxs minaya düşdü
- Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb
- Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır
- Düşmən Tapqaraqoyunluda dinc sakinlərin evlərini hədəf alır - FOTO
- Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub
- Zərdabda qoyun oğruları saxlanıldı