Türkiyə XİN Azərbaycan xalqını təbrik edib
14:29 15 Sentyabr 2018
Türkiyə Xarici İşlər Nazirliyi Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Femida.az xəbər verir ki, təbrik nazirliyin saytında yerləşdirilib.
“Qardaş Azərbaycanın 1918-ci ildə müstəqilliyini ilk dəfə elan etməsindən dərhal sonra Osmanlı İmperiyasından yardım tələb etməsi nəticəsində Nuru Paşanın (Killigil) rəhbərliyi altında qurularaq Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100-cü ildönümüdür.
Bakının qurtuluşu o zaman paytaxtın Gəncədən Bakıya köçürülməsinin və ölkənin ərazi bütövlüyünün bərpasının yolunu açıb, Azərbaycanın bugünkü sərhədlərinin formalaşmasının əsasını qoyub. Birinci Dünya Müharibəsinin son aylarında seçilmiş əsgərlərdən qurularaq Azərbaycana göndərilən Qafqaz İslam Ordusunun qazandığı bu böyük zəfərin ildönümü, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyin simvolu olaraq müstəsna bir yerə sahibdir.
Bu ildönümü ilə əlaqədar bu gün Bakıda cənab prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi bayram proqramı təşkil edilib. Bu mərasimə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinə bağlı birliklər qatılacaq.
Qafqaz İslam Ordusu və bu ildönümü Türkiyə və Azərbaycanın “İki dövlət bir millət” deyimində öz əksini tapan tale birliyinin ən önəmli göstəricilərindən birini formalaşdırır. Bakının qurtuluşunun il dönümünü təbrik edir, bunun uğrunda həyatını fəda edən 1132 şəhidimiz ilə birlikdə vətənləri uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı sayğı və rəhmətlə anırıq” – deyə təbrikdə bildirilib.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq