Sürücülər DİQQƏT! - Xəbəriniz olmadan cərimələnə bilərsiz (VİDEO)


15:48     15 Sentyabr 2018 18_09_15_1536998031.jpg


Sürücülərin nəzərinə! Artıq yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilərək qeydə alınır.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mais Ağayev məlumat verib.
"Yaxın vaxtlarda bütün sıxlıq olan yollarda bu kameralar quraşdırılacaq. Hələ bu olacaq işin anonsudur. İnsan faktoru olmadan avtomatik rejimdə avtomobil qeydə alınıb elektron protokol tərtib ediləcək.

Hər bir nəqliyyat vasitəsi qadağan edilən yerdə 5 dəqiqədən artıq dayandığı təqdirdə elektron protokol tərtib ediləcək" - deyə Mais Ağayev qeyd edib.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #BNA   #sürücü   #video   #femida   #nəqliyyat   #cərimə  

Oxunub: 504