Ərdoğan Paşinyana zəng edib - TƏFƏRRÜAT

Ərdoğan Paşinyana zəng edib - TƏFƏRRÜAT


15:59     15 Sentyabr 2018 2018/09/Clipboard01-(4)_1536998415.jpg

Türkiyənin Qars bölgəsində heyvan otararkən sərhədi pozaraq, Ermənistan tərəfə keçən və 45 gündür, bu ölkədə həbsdə qalan Umut Ali Özmənə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.


Femida.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğan telefon danışığında Umut Alinin ekstradisiyasını istəyib.

Paşinyan Ərdoğanın istəyinə müsbət cavab verib. Umut Ali sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil veriləcək.

Açar sözlər:

Oxunub: 3864