Çin bankları Rusiyaya qarşı sanksiyalara qoşuldu


19:02     15 Sentyabr 2018 18_09_15_1537001526.jpg

Çin bankları beynəlxalq sanksiyalar səbəbindən Rusiyanın bank hesablarına pul köçürmələri həyata keçirməkdən imtina ediblər.


AzVision.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının Çindəki nümayəndəliyinin rəhbəri Vladimir Danilov bildirib.

“Üçüncü ölkələrin Rusiyaya münasibətdə məhdudlaşdırıcı tədbirlərilə əlaqədar Çin bankları ilə müəyyən problemlər mövcuddur. Çinin kommersiya bankları rus banklarının müştərilərinə ödəniş xidmətlərindən imtina etmələrini əsasən, ABŞ və Avropa İttifaqının tətbiq etdikləri sanksiyalarla izah edirlər. Lakin bu cür addımın heç bir əsası yoxdur”, – deyə Danilov vurğulayıb.

Rusiya Mərkəzi Bankının Çindəki tənzimləyicisi onu da əlavə edib ki, hazırkı problemə baxmayaraq, hazırda mövcud olan maliyyə strukturu biznes tələbatlarının tam həcmdə təmin edilməsinə imkan verəcək. Bununla yanaşı, Rusiya ilə Çin arasındakı milli valyutalarla aparılan ödəmələrin sayı daha artır.

Açar sözlər:

Oxunub: 1264